Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Avstriyaya işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
"Milli Yol" xəbər verir ki, görüşdə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən hadisələrdən narahatlığını ifadə edib.
Bu səbəbdən də həmsədr dövlətlərin Birləşmiş Ştatların təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayan Con Kerri bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə toxunub.
ABŞ-ın dövlət katibi tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bildirib. O qeyd edib ki, bu yolla danışıqlar prosesinə konstruktiv xarakter verilməli və danışıqlar davam etdirilməlidir.
İlham Əliyev bu görüşün təşkilinə görə ABŞ-ın dövlət katibinə təşəkkürünü bildirib. Dövlət başçısı bu məsələlər ətrafında danışıqların davam etdirilməsinə hazır olduğunu vurğulayıb. (Report)
"Milli Yol"
Digər xəbərlər
loading...