Avropa bankları son iqtisadi böhrandan sonra öz balanslarını gücləndirmələrinə, şirkətlər isə yumşaq kreditləşmədən fayda götürmələrinə rəğmən, Avropa hələ də maliyyə sisteminə təsir edəcək daha bir ciddi tənəzzülə hazır deyil
Bu iddia ilə "Mudis" beynəlxalq reytinq agentliyi çıxış edib. Agentlik Avropa hökumətlərinin və Mərkəzi Bankın son tənəzzüldən sonra iqtisadiyyatın bərpasına yardım üçün gördüyü tədbirlərin onların növbəti iqtisadi böhrana qarşı müqavimət göstərmək üçün əllərində olan variantları məhdudlaşdırdığını bildirib:
"2008-ci ildən bu yana olan pozitivliyə rəğmən, Avropa hələ də əvvəlki kimi iqtisadi baxımdan həssas olaraq qalır. Belə ki, Avropanın borc yükü artır, regionlarının iqtisadiyyatın bərpası üçün istifadə edəcəyi vasitələr azalır, aktivlərinin dəyəri, siyasi riskləri yüksəlir. Ümumilikdə yeni zərbənin yumşaldılması üçün Avropanın manevr imkanları azalır. Hələ də özəl şəxslər və ya korporasiyaların borcları son onilliyin ən yüksək səviyyəsində qalmaqda davam edir. Üstəlik, əksər ölkələrin dövlət borcunun hələ də yüksək olması iqtisadiyyatın tənəzzül riskini yüksəldir".(axar.az)
MilliYol.Az