ABŞ-ın birinci xanımı Melaniya Tramp bu gün Afrika ölkələrinə səfərə başlayır
Melaniya Tramp üçün bu, onun əri, ABŞ prezidenti Donald Trampın müşayiəti olmayan ilk xarici səfər olacaq.
Bu həftə ərzində Melaniya Tramp dörd Afrika ölkəsinə baş çəkəcək. Amerika prezidentinin xanımı oktyabrın 2-də Qanada təyyarədən enib, sonra Malavidə, Keniyaya və Misirə yola düşəcək. M.Trampın beşgünlük səfəri analara və xəstəxanalarda təzə doğulmuş körpələrə kömək, uşaqların təhsili, həmçinin bu ölkələrin mədəniyyətinin və tarixinin öyrənilməsi məsələlərinə həsr ediləcək. Gözlənildiyinə görə, ABŞ-ın birinci xanımı səfər müddətində bir sıra məktəblərə, xəstəxanalara və uşaq evlərinə baş çəkəcək.
Qeyd etmək lazımdır ki, Melaniya Tramp bu il “Be Best” (“Ən yaxşısı sən ol”) adlı bir kampaniya başlayıb və bu kampaniyanın əsas aspekti uşaqların rifahı məsələsidir.(azərtac)
MilliYol.Az