Bir sıra ağır cinayət əməllərinə görə məhkəmə qarşısına çıxarılan MTN-nin sabiq Baş İdarə rəisi “Qanlı General” Akif Çovdarov yenidən istintaqda dindirilib.
Bu barədə Gununsesi.info-nu hüquq-mühafizə orqanlarındakı mənbə məlumatlandırıb.
Məlumata görə, Akif Çovdarov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə istintaq İdarəsində hazırda istintaqı gedən MTN-nin digər yüksək vəzifəli şəxslərinin işi üzrədişdirilib.
Dindirilmə prosesində hazırda həbsdə olan MTN Monitorinq Mərkəzinin rəisi vəzifəsinə çalışmış Teymur Quliyev də iştirak edib. Prosesdə onlar arasında üzləşdirmə də olduğu bildirilir.
Xatırladaq ki, Teymur Quliyevin həbsinin əsas səbəblərindən biri yüksək vəzifəli şəxslərin telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...