Dünən günorta saatlarında paytaxtın Binə qəsəbəsində 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində baş verən dəhşətli qəzada ölənlərin sayı ikiyə çatıb
Onlardan biri 13 yaşlı məktəbli, digər isə 60 yaşlı kişidir.
Həkim-travmatoloq Ədalət Abdullayevin sözlərinə görə, hazırda 3 saylı şəhər klinikasının reanimasiyasında yatan iki nəfər yaralının vəziyyəti ağır olaraq qalır. Xəstəxananın həyətində reanimasiyada yatan ikinci kurs tələbəsi Ağayeva Rübay Cəfər qızının valideynləri isə təlaş içindədir. Övladlarının taleyindən nigarandırlar.
Baku TV-nin xəstəxanadan hazırladığı reportajı təqdim edirik:
MilliYol.Az
Digər xəbərlər
loading...