Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun, həmçinin Xarici İşlər, Müdafiə və Silahlı qüvvələr üzrə Komissiyanın üzvü, müxtəlif illərdə müdafiə və ədliyyə üzrə dövlət katibi işləmiş senator Jan-Mari Bokel bildirib
Onun sözlərinə görə, bu gün dünya ölkələri üçün kosmik sahənin inkişafı böyük əhəmiyyət kəsb etməyə başlayıb: "Bir neçə il bundan əvvələ nəzər salsaq, Avropa Kosmos Agentliyinin bu sahədə, demək olar, tək fəaliyyət göstərdiyini görərik. ABŞ tədqiqat və peyk sahəsində yox, daha çox raketlərin fəzaya buraxılması üzrə mütəxəssisləşmişdi və əsasən, böyük şirkətlərlə əməkdaşlıq edirdi. Bu gün isə dünyanın böyük dövlətləri, habelə Çin, Yaponiya, Hindistan və digər ölkələr kosmos sahəsini inkişaf etdirməyə başlayıblar. Peykə malik olmaq ilk öncə iqtisadi maraq kəsb edir. Belə ki, müasir dövrümüzdə lazımi məsələlər, yəni telefonlaşdırılma, iqlimin müşahidə edilməsi və s. üçün istifadə edilir. Bununla yanaşı, peykə malik olmaq ölkələrin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malikdir. Bu gün Fransa Avropada kosmos sahəsindəki birinciliyini əlində saxlaya bilib. Azərbaycanın əməkdaşlıq etdiyi “Ariane 5“ də Avropada uğurları ilə tanınıb”.
Ölkə karbohidrogen ehtiyatlarına malik ölkədən iqtisadi diversikasiya ölkəsinə çevrilib. Bu gün artıq Azərbaycan iqtisadiyyatının bütün sahələrini inkişaf etdirir, o cümlədən kosmos sahəsindəki imkanları da uğurla genişləndirməkdədir
Senator deyib ki, Azərbaycan böyük iqtisadi dəyişikliklərə qədəm qoyub: "Ölkə karbohidrogen ehtiyatlarına malik ölkədən iqtisadi diversikasiya ölkəsinə çevrilib. Bu gün artıq Azərbaycan iqtisadiyyatının bütün sahələrini inkişaf etdirir, o cümlədən kosmos sahəsindəki imkanları da uğurla genişləndirməkdədir. Elə Azərbaycan peykinin fəzaya buraxılması uğurlu inkişafın bariz nümunələrindəndir".
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
MilliYol.Az