“The Insider” və “Bellingcat” saytlarındakı ifşaedici materillardan sonra Sergey Skripalın zəhərlənməsində üzə çıxan “Ruslan Boşirov”, daha doğrusu, polkovnik Anatoli Çepiqa haqqında yeni məlumatlar ortaya çıxıb
Rusiyanın müxalif “Novaya qazeta” qəzeti A.Çepiqanın vaxtilə qulluq etdiyi, Xabarovsk vilayətinin Matveyevka şəhərində yerləşən xüsusi təyinatlı 282-ci dəstənin izinə düşüb. 2001-ci ilin avqustunda Uzaq Şərq ümumqoşun komanda məktəbini müvəffəqiyyətlə bitirən leytenant Anatoli Çepiqa öz xidməti vəzifəsini icra etmək üçün bir müddət bu birlikdə olub.
“Novaya qazeta” onunla qulluq etmiş 3 hərbçini danışdırıb.
Onlar jurnalist Marqarita Simonyanın qarşısında dayanan iki “mülki vətəndaş"dan birinin məhz Anatoli Çepiqa olduğunu təsdiqləyiblər.
Həmin hərbçilərin dediyinə görə, Çepiqa əslində məktəbi bitirdikdən sonra Ussuriysk şəhərində yerləşən 14-cü birqadaya təyinat alıb. Lakin sonradan kəşfiyyat qrupunun komandiri olaraq Xabarovska göndərilib.
Şahidlər Çepiqanın Xabarovska gəlməsində onun həmin vilayətdə nüfuzlu qohumlarının olması ilə əlaqələndiriblər. Onlar komandir kimi A. Çepiqanın hərbi hissədə olduqca böyük hörmətə malik oduğunu, onunla hətta briqada komandiri polkovnik Vitali Bernikovun da hörmətlə danışdığını qeyd edirlər. Özü də Bernikov Rusiyadan ordusunda ən avtoritet zabitlərdən sayılır. V.Bernikovun 2004-cü ildə prezident Vladimir Putinin seçkiqabağı kampaniyada səlahiyyətli nüamyəndəsi olduğunu söyləmək kifayətdir.
Çepiqa Rusiyanın milli qəhrəmanı adına isə Krımdakı “qəhrəmanlıqlarına” görə alıb. Yuxarıda adı çəkilən məktəbin qarşısında marşal Rokossovskinin şərəfinə ucaldılan abidənin divarında Rusiya qəhrəmanlarının sırasında onun da adı həkk olunub.
Şahidlər Çepiqanın 2014-cü ilin fevralında Krımda 3 vəzifəni müvəffəqiyyətlə yerinə yetirdiyini qeyd edirlər:
Krım Nazirlər Soveti binasının ələ keçirilməsi;
“Belbek” hava limanının tutulması;
Feodosiyadakı Ukrayna dəniz piyadalarına məxsus hərbi hissənin tərksilah edilməsi;
Bütün 3 əməliyyat qansız-qadasız başa gəldiyi üçün Vladimir Putin onu yüksək nişana layiq görüb.
P.S. Başlıqda keçən "Merkader" adı 1940-cı ildə bolşevik Lev Trotskini Meksikada buz baltası qətlə yetirən Ramon Merkaderə işarədir.
MilliYol.Az