Dövlət Gömrük Komitəsinin sədri ilə keçmiş brokeri arasında körpülər birdəfəlik yana bilər
Dövlət Gömrük Komitəsinin sədri ilə keçmiş brokeri arasında körpülər birdəfəlik yana bilər.
İddialara görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə keçmiş broker, hazırda “Gilan” Holdinqdə aqrar sektora rəhbərlik edən və “Meyvəli” bazarının şəriklərindən olan Əbülfəz Məlikovun münasibətlərində gərginlik yaşanmaqdadır.
Bu barədə DİA.AZ-a danışan mənbə iddia edib ki, hər şey son zamanlar Səfər Mehdiyev-Əbülfəz Məlikov ilişgilərinin intensiv olaraq ictimailəşdirilməsinin ardından baş verməkdədir. Saytın yazdığına görə, ikili arasında vəziyyət o qədər gərilib ki, hətta Səfər Mehdiyev keçmiş brokerə deyib ki, “bu medianı susdur...”
Sayta danışan mənbə iddia edib ki, Səfər Mehdiyevlə Əbülfəz Məlikov arasında körpülər birdəfəlik yana bilər:
“Səfər Mehdiyev Əbülfəz Məlikovla pozuluşa bilər... Son günlər əlaqələri də yoxdur. Broker onunla əlaqəyə girmək istəsə də, DGK sədri imtina edir... Məsələ də media məsələsidir”.
Onu da bildirək ki, Əbülfəz Məlikovun bəzi adamları barəsində hüquqi araşdırmaların aparılması da gündəmdədir. Sayt qeyd edir ki, bu barədə yaxın vaxtlarda ictimaiyyətə daha dolğun bilgilər təqdim edəcək.
Xatırladaq ki, Əbülfəz Məlikovun uzun illər boyunca mediada və sahibkarlar arasında Azərbaycan gömrüyündə qeyri-rəsmi “rüsumları” toplayan və bu “çirkli pulları” xaricə daşıyıb “yuyan” kilid isim olaraq keçməkdədir. O Azərbaycanın daxili bazarında monopoliyanı idaərə edən şəxs kimi də tanınır. Buna görə də Əbülfəz Məlikovla Səfər Mehdiyev arasında keçmişdən çox ciddi iş birliyi olduğu bilinməkdədir. Dövlət Gömrük Komitəsinin birinci müavini olaraq Səfər Mehdiyevin Əbülfəz Məlikovla iş birliyi içində olmadığını isə təsəvvür belə etmək mümkün deyil.
Onu da bildirək ki, Əbülfəz Məlikovun “çirkli pullarını” xalası oğlu Anar Allahverdiyevin offşor zonalarda “təmizə” çıxardığı iddia olunur. Bu barədə Azərbaycan mətbuatında kifayət qədər təkzib olunmamış məlumatlar mövcuddur. Anar Allahverdiyevin həmçinin Azərbaycanda iri çaplı məmurlardan birinin kürəkəni olduğu iddia olunur. Daha əvvəl Anar Allahverdiyevin adı Göyçayda baş verən bir ailə qalmaqalı ilə ortaya çıxmışdı.
Bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...
MilliYol.Az