Hakerlər 50 milyona yaxın "facebook" istifadəçisinin hesabına daxil olaraq onların bütün şəxsi məlumatlarına baxa və tam istifadəçi kimi ondan yararlana bilib
Problem Azərbaycandakı istifadəçilərin də başına gəlib.
Mütəxəssislər yaranan problemin təhlükəsizlik sistemində olan başqasının gözü ilə gör funksiyası ilə bağlı olduğunu deyirlər.
Öz araşdırmasını aparan "facebook" dərhal bu barədə məlumat yayıb. Şirkət, hakerlərin bu kodları hansı yollarla əldə etdiklərini tapmağa çalışır. Problemlə üzləşən şəxslər isə bəzi texniki dəyişikliklər etməlidirlər.
Hakerlərin hansı məlumatları əldə etməsi və nə kimi məqsədlərlə istifadə etməsi hələlik bəlli deyil. İstifadəçilərin edə biləcəyi yeganə şey öz profillərinə girərək ondan başqa kiminsə istifadə etmədiyini yoxlamaqdır.(Xezerxeber.az)
MilliYol.Az