Azərbaycanda məmurları qoruyacaq heç bir mexanizm yoxdur. Bunu deputat Fazil Mustafa parlamentin payız sessiyasının ilk iclasında deyib
O qeyd edib ki, ölkədəki məmurlar öz işlərini bilən savadlı və dürüst mütəxəssislərdir: “Amma müəssisə sahibi, komitə sədri, nazir dəyişən kimi məmurların problemləri yaranır.
Hər bir nazir ya komitə sədri “öz meyarlarını” gətirir və oranı istədiyi kimi idarə edir. “Sözə baxmayanları” isə istədiyi vaxt işdən çıxarır. Heç nəyi , o cümlədən, həmin məmurun keçmiş fəaliyyətini nəzərə almır. Ona görə də məmurları qoruyacaq hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Parlament bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...