Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə bu gün, oktyabrın 1-də keçirilən hərracın nəticəsini açıqlayıb
Hərracda tələb 1 milyard 61,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Xatırladaq ki, Mərkəzi Bank bu hərracda 350 milyon manat cəlb edəcəyini açıqlamışdı. Başqa sözlə hərracda depozitə tələbat təklifi 3 dəfə üstələyib.
Xəbər veürdiyimiz kimi, 24.09.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 775,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
17.09.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 750,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Mərkəzi Bank depozit hərracı və not emissiyaları ilə banklardakı izafi manat kütləsini yığır.
MilliYol.Az