İran İslam Respublikasında məhkəmə korrupsiyada ittiham olunan 3 nəfərə edam hökmü çıxarıb
AzərTAc bildirir ki, bu barədə məlumatı İran məhkəmə sisteminin rəsmi nümayəndəsi Qulamhüseyn Möhsün Əncani verib.
Onun sözlərinə görə, banklarda aparılan yoxlamalar zamanı qanun pozuntuları, rüşvətxorluq və korrupsiya halları aşkar edilib. Bununla əlaqədar olaraq 35 nəfər məsuliyyətə cəlb olunub.
Məhkəmə araşdırması zamanı onların təqsiri sübut edilib. Məhkəmə həbs olunan 35 nəfərdən 32-ni 20 il müddətinə azadlıqdan məhrum edib, 3 nəfərə isə edam hökmü verib.
Məhkəmənin bu qərarını İran İslam Respublikasının Ali Məhkəməsi təsdiq etməlidir. Azadlıqdan məhrum edilənlər və edam hökmünə məruz qalanlar 10 gün müddətinə Ali Məhkəməyə apelyasiya şikayəti verə bilərlər.
MilliYol.Az