“Son günlər çox yanıldım. Anladım ki, insan dünyaya tək gəlib, tək də gedəcək. Başa düşdüm ki, insanlara güvənmək lazım deyil. Hətta kölgən də səni tərk edir”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samira ƏliMəryəm “Lider maqazin”ə açıqlamasında deyib. Son günlər prodüserindən ayrılan sənətçi təklikdən gileylənib:
“Beş il bundan öncə deyirdim ki, bu cür yaşamaram. Amma Allah elə başından vurur ki, yaşayırsan. Kiməsə güvənmək olmur. İndi həyatda hər şeyə hazıram.
Ağlamağı sevmirəm. Güclü qadın olmaq istəyirəm”.
Qeyd edək ki, uzun illərdir Samiranın birlikdə çalışdığı cabir həm də onun qohumu idi.
MilliYol.Az
Digər xəbərlər
loading...