General-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi keçən iş adamı İlham Qasımovun cinayət işi məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şair Gülağa Tənha( Qəmbərov) ifadə verib.
O, İlham Qasımovun ümumilikdə 19 milyon 500 manat ziyan vurduğunu deyib:
“İlhamla münasibətlərimiz çox yaxşı olub. Çörək kəsmişik. Çox azərbaycanlı ilə binzes əlaqəmiz olub. İlham da onlarının içində seçilən yoldaşlardandır. İlhamdan heç vaxt şikayətçi olmazdım. Amma yoldan keçən gəlib məni bezdirdi. Gəlirlər deyirlər ki, bizə bu qədər pul çatmalıdır. Bəs İlham bilir. Gələnlər pulu məndən tələb edirdi. Bina tikdirirdik. İlhamla şərik idik. Pulu mən verirdim. Birinci olaraq İlhama 10 milyon dollar pul vermişdim”.
Gülağa Tənha ifadəsində qeyd edib ki, İlhamın sözlərinə görə, bina tikilənə qədər mənzillərin çoxunu satmış olacağıq: “Evlər hazır olandan sonra satılmağa başladı. Mən əlavə İlhama 3 milyon dollar verdim ki, xırda-para işləri yekunlaşdırsın. Bu vaxt İlham mənə yeni bir ərazini göstərdi. Dedi, burda da bina inşa edək. Həmin yerdə başqasına məxsus idi. İlham oranı ala biləcəyimizi dedi”.
Tanınmış milyonçu əvvəllər İlhamdan şübhələnmədiyini deyib: “Hər şey öz axarındaydı. İlhama inanırdım. Dostum Cəbrayıl var. Onunla bir iki şeyi məsləhətləşdim. Ona dedim ki, Nizami metrosunun arxasında böyük bir ərazi almışam. Dostum mənə həmin ərazinin problemli olduğunu, 3-4 nəfərə satıldığını dedi. Araşdırdım. Məlum oldu ki, İlham məni aldadır. Pulumu istədim. Ona ümumilikdə 19 milyondan çox pul vermişdim. Pulları istədim. Başdadı məni və ailəmi hədələməyə. Şikayət etməzdim, amma mənin varımı-yoxumu söyməyi mənə pis təsir elədi. Bakıya qayıtdım, dost-tanışa məsələni dedim. Hər zaman dövlətimə, həmvətənlilərimə qarşı çox dürüst olmuşam”.
Gülağa Tənha bildirib ki, İlham Qasımovdan alacağım pullara kimsəsizlərə evi tikdirəcəm, kasıblara əl tutacam: “İlham mənimlə təhdid formasında danışmasaydı, gəılib üzr istəsəydi, heç olmaya 1 milyon götürüb gəlsəydi onu bağışlayardım. Deyirəm də, ona yanıram ki, bir əlimlə pul vermişəm, gəlib indi mənim varyoxumu söydü. Halbuki mənim fikrim vardı, işlərimiz yaxşı getsin “Real”
MTK-nı ailə biznesimiz edəcəkdik. MTK mənim arvadımın, övladımın, İlhamın arvadının və oğlunun adına olacaqdı”.
Məhkəmədə ifadə verən təqsirləndirilən İlham Qasımov Gülağa Tənhanı heç zaman söymədiyini deyib: “Dostum sayəsində Gülağanı tanıdım. Yaxşı iş adamı idi. Hər kəsə asanlıqla inanır. Mən onun var-yoxuna da söyməmişəm. Hər şey yaxşıydı. Aramıza girdilər. Gülağa Tənhaya bir iş adamı 6 milyon atdı getdi. Həmin adamı “Beynəlxalq Bank” işinə görə tutdular. Pulda batdı”.
Proses oktyabrın 13-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən İlham Qasımov elan olunan ittihamla özünü günahkar bilmədiyini deyib.
Xatırladaq ki, İlham Qasımov “Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.
MilliYol.Az
Digər xəbərlər
loading...