Avropa İnvestisiya Bankı Gürcüstan hökumətinə 250 milyon avro əlavə pul vəsaiti ayıracaq
AZƏRTAC Gürcüstan Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu vəsait Gürcüstanda beynəlxalq və yerli əhəmiyyətli avtomobil magistral yollarının bərpası və yenidən qurulmasına, yeni yolların tikintisinə, habelə enerji layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
Bu barədə razılıq Gürcüstan maliyyə naziri İvane Maçavarianinin AİB-in vitse-prezidenti Vazil Xudakla görüşündə əldə olunub. Nazirliyin məlumatına əsasən, AİB artıq 10 ildir ki, Gürcüstana müxtəlif layihələrin reallaşdırılması üçün maliyyə yardımı göstərir.
Bu gün Gürcüstan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində AİB-dən aldığı maliyyə yardımının çoxluğuna görə ikinci yerdədir.
MilliYol.Az
Digər xəbərlər
loading...