Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Hüseyin Seyliğli Azərbaycan millisindən dəvət gözləyir
Bu barədə Oxu.Az-a futbolçunun özü məlumat verib:
“Mən 14 yaşımdan bəri Azərbaycanın aşağı yaş qruplarından ibarət millidə çıxış etmişəm. Azərbaycan millisində çıxış etmək mənim üçün qürurverici hissdir. “Beşiktaş”ın əsas komandası ilə “Altınordu”ya qarşı start heyətdə meydana çıxdım.
Təəssüf ki, həmin matçda zədələndim. MRT zamanı yırtıq aşkarlandı. Üç həftə oynamayacağım bəlli oldu. Amma sağaldıqdan sonra Rəşad Sadıqovdan U-21 millisinə dəvət gözləyirəm”.
Qeyd edək ki, Hüseyin Seyliğli sonuncu dəfə ötən il 19 yaşadək millimizin seçmə mərhələsində çıxış edib.
MilliYol.Az
Digər xəbərlər
loading...