“Azərbaycan Fələstin Dövlətinin paytaxtı Şərqi Yerusəlimdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.
“Fələstin Dövlətinə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Mən qardaş Fələstinin xalqına sülh, sabitlik və davamlı inkişafa nail olmaq uğrunda mübarizədə Azərbaycanın tam dəstəyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Fələstin Dövlətinin paytaxtı Şərqi Yerusəlimdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir”, – deyə nazir bildirib.
MilliYol.Az