Niderlandda hüquq-mühafizə orqanları ölkə ərazisində irimiqyaslı terror aktını təşkil etməkdə şübhəli bilinən yeddi nəfəri həbs edib
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Qruplaşmanın lideri İraqdan olan 34 yaşlı şəxsdir. Onun köməyi ilə terrorçular izdihamlı tədbirlərin birində insanlara silahla hücum edərək terror aktı təşkil etməyi planlaşdırıblar. Eyni zamanda terrorçular başqa yerdə partlayıcı maddə ilə dolu avtomobili partlatmaq istəyiblər.
Qeyd olunub ki, bir ay davam edən istintaqın nəticəsində terrorçular Vert və Arnem şəhərlərində həbs edilib. (azvision.az)
MilliYol.az
Digər xəbərlər
loading...