Aparıcı Xoşqədəm Hidayətqızı müzakirələrə səbəb olan açıqlama verib
Aparıcı müəllifi olduğu “Səni axtarıram” verilişində bildirib ki, ona bu günə qədər evlə bağlı müraciət edən olmayıb:
“Hələ bu günə qədər bir adam gəlib mənə deməyib ki, mənə ev verin. Bizə müraciət edənlər deyir ki, əsas can sağlığıdır. Sağalım, başqa heç nə istəmirəm.
Ona görə də hesab edirəm ki, bu cür insanlara kömək lazımdır. Çünki sabah Xoşqədəmə bir şey olanda, tanınan insan olduğuna görə ona kömək edən tapılacaq. Ona kömək olsa, qohumu edəcək.
Amma indi ata da balaya baxmır. Ona görə səhhətilə bağlı müraciət edən insanlara yardım etmək, onlara görə insanlardan kömək istəmək lazımdır. Nə yaxşı ki, gözü tox, əməli saleh insanlarımız var”.
Qeyd edək ki, bir çoxları Xoşqədəm Hidayətqızının bu sözləri əməkdar artist Tünzalə Əliyevaya ünvanladığını deyib.
Onu da əlavə edək ki, Toppuş bacınin evi üçün pul yığılması kampaniyasını aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində başladıb.
Bir çoxlarına da sirr deyil ki, Zaurla Xoşqədəm illərdir küsülüdür. (teleqraf.com)
MilliYol.az