"Qüdsün statusu və Fələstin xalqının hüquqları ticarət predmeti ola bilməz"
Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Fələstin lideri Mahmud Abbas BMT Baş Assambleyasının 73-cü iclasında çıxışı zamanı deyib.
“Qüds satılmır. Fələstin xalqının hüquqları ticarət predmeti ola bilməz”, - Fələstin lideri sessiya iştirakçılarına müraciət edib.
Abbasın sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır. Əks halda, regionda sabitiyin və sülhün olması mümkün deyil.
Mahmud Abbas fələstinlilərin sülhə inandığını qeyd edib.
“Biz danışıqlara qarşı deyilik. Sülh üçün əlimizi uzatmağa davam edəcəyik”, - o əlavə edib.
MilliYol.az