Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya səfərindən öncə təyyarədə jurnalistlərin suallarını cavablandırıb
Ərdoğan ABŞ Prezidenti Donald Trampın verdiyi yemək ziyafətinə nə üçün qatılmadığını açıqlayıb:
"(Tramp-Erdoğan qarşılaşması) Elə bir səmimi şəraitdə bir qarşılaşma oldu. ABŞ rəhbərliyindən o məlum şəxslər də vardı yanında. Mayk Pens, Mayk Pompeo, Milli Təhlükəsizlik müşaviri Bolton da yanında idilər. Sonra xanım Tramp orada idi. Naharda görüşərik - dedi, amma mən nahara getmədim.
Sisi ilə eyni masada əyləşmərəm
Bəllidir ki, ailə fotoqrafçısı olur bu iclaslarda. Günorta yeməyində yanaşı masalarda oturmuşduq. Onun masasında Misirin dövlət başçısı Sisi vardı, onun üçün o masaya getməyim söz mövzusu ola bilməzdi, bu haqda yoldaşlara da bildirdik. Rusiya xarici işlər naziri Sergei Lavrovla bol-bol Suriya məsələsini danışmaq fürsətimiz oldu və oradan ayrılıb, digər görüşlərimizə keçdik". (muxalifet.az)
MilliYol.az