Rusiya Dövlət Duması üçüncü oxunuşdan Rusiyada pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini qəbul edib
Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, qərarın lehinə 333, əleyhinə 62 deputat səs verib.
Rusiya hökuməti tərəfindən təklif edilən qanun layihəsi mərhələli şəkildə pensiya yaşının beş ilə qədər - qadınlarda 60, kişilərdə isə 65 yaşa artırılmasını nəzərdə tutub. Əmək pensiyasının yaşı isə dəyişilməz qalacaq - qanunda bu, qadınlarda 55, kişilərdə 60 yaş göstərilib.
Qanun layihəsinin ikinci oxunuşunda bəzi düzəlişlər edilib. Prezident Vladimir Putin tərəfindən təklif edilən 324 düzəlişdən 10-u qəbul edilib, 72 düzəliş müzakirə edilsə də, heç biri qəbul edilməyib.
MilliYol.az
Digər xəbərlər
loading...