Dünya Bankı 30 il sonra ilk dəfə Somaliyə borc ayırıb
Dünya Bankı 1991-ci ildən bəri vətəndaş müharibəsi ilə mübarizə aparan Somali ilə əlaqələri dayandırmış, lakin 2003-cü ildə GİÇS-lə mübarizə və qida heyvanları proqramı üçün müəyyən köməklik etmişdi. 2013-cü ildə isə Somali höküməti ilə Dünya Bankının əlaqələri yenidən bərpa olunub və qurum son 30 ildə ilk dəfə 80 milyon dollar kredit vermək barədə qərar qəbul edib.
Dünya Bankı və Somali arasında təhsil, səhiyyə, təmiz su əldə edilməsi, energetika, iqtisadiyyat sahələrində də əməkdaşlıq gözlənilir. Əməkdaşlıq uğurla davam edəcəyi təqdirdə Somali iqtisadiyyatının 2019-2022-ci illərdə 3,5-4,5% böyüməsi proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu ötən il 2,3% inkişaf əldə edən ölkə iqtisadiyyatının bu ili 3,1%-lə yekunlaşdıracağını deyir.
Qeyd edək ki, Somali vətəndaş müharibəsi, terror, qıtlıq, dəniz quldurları kimi problemlərlə mübarizə aparır. (qaynarinfo)
MilliYol.az