3 erməni vətəndaşı Varşavada kokain keçirməyə cəhd göstərərkən yaxalanıb
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Polşa polisi Barselonadan İrəvana səyahət edən 25, 35 və 44 yaşlı 3 erməninin Varşavada saxlanıldığını təsdiqləyib.
Gömrük əməkdaşları onların hava limanının tranzit bölməsində özlərini şübhəli şəkldə aparmalarına diqqət yetiriblər.
“Poland Radio”nun məlumatına əsasən, hər üç erməninin alt paltarlarında 4 paketə yerləşdirilmiş yüksək keyfiyyətli 770 qram kokain aşkar olunub.
Xəbərdə onların hər birinin 15 illik həbs cəzası gözlədiyi vurğulanıb.
MilliYol.az
Digər xəbərlər
loading...