"Rusiya və Azərbaycan öz münasibətlərini qarşılıqlı hörmət və maraqların balansı üzərində qurur"
Bunu Bakıda səfərdə olan prezident Vladimir Putin iki ölkə regionlararası forumunda çıxışı zamanı deyib.
Virtualaz.org Rusiya rəsmi KİV-lərinə istinadən xəbər verir ki, “Bütövlükdə Rusiya ilə Azərbaycan arasında münasibətlər haqda danışarkən qeyd etmək istərdim ki, bizim dövlətlərimiz arasında münasibətlər xeyirxah qonşuluq və qarşılıqlı hörmət üzərində qurulub. Biz həmişə maraqların balansını axtarırıq və onu tapırıq” - Putin deyib.
Rusiya prezidenti qeyd edib ki, iki ölkə liderlərinin sentyabrın 1-də Soçidəki danışıqlarının gedişində sənədlər və razılaşmalar paketi imzalanıb, bu da Rusiya ilə Azərbaycan arasında dövlətlərarası əlaqələrin sonrakı quruculuğu üçün əlavə baza yaradır.
Putin Azərbaycanda Rusiyanın iştirakı olan 700-dən çox birgə şirkətin fəaliyyət göstərdiyini, Azərbaycana birbaşa Rusiya investisiyalarının həcminin 1.5 milyard dollar olduğunu bildirib.O qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı nəzərəçarpacaq dərəcədə-12 faiz artıb, bu da yarım milyard dollar deməkdir. “Bizim tərəfdaşlarımız bu sferaya artan maraq göstərir”-Putin bildirib.
MilliYol.az