""Azərmaş" Avtomobil Zavodunda yarandığı gündən bəri yüzlərlə maşın istehsal edilib"
Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, istehlakçılar avtomobildən məmnundurlar və şikayət yoxdur:
"Azərbaycanda belə bir zavodun qurulması iqtisadi əməkdaşlıq etdiyimiz bir sıra ölkələr üçün də gözlənilməz oldu. Yaxın zamanlarda 10 -a yaxın maşın Nazirlik tərəfindən alınacaq. Həmçinin Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu maşınlar alınıb. İnsanların tələbatını bu avtomobil ödəməsə, alınmazdı".
O, eyni zamanda Naxçıvan Avtomobil Zavodunun ( “NAZ-Lifan”) fəaliyyətinin dayandırılması ilə bağlı məsələlərə münasibət bildirib: "Onlar öz işlərinə davam etdirirlər. Hazırda müəyyən çətinliklər yaransa da, düşünmürəm ki, “NAZ-Lifan”fəaliyyətini tamamilə dayandıracaq. Bilirsininiz, "Azərmarş"da investisiyanı özəl şirkət yatırıb. O da bazarın tələbatını bilmədən maşın istehsal etməz". (modern.az)
MilliYol.az