İran kinosu və televiziyasının tanınmış azərbaycanlı rejissoru Yədulla Səmədi vəfat edib
Rejissor İranda türk dilində nümayiş etdirilən "Saray" və "Dəli Dümrül" filmləri ilə şöhrət qazanıb.
Filmlər ölkənin digər bölgələrində fars dilində nümayiş olunub.
Qeyd edək ki, Y.Səmədi 66 il əvvəl Güney Azərbaycanın Marağa şəhərində dünyaya gəlib. Onun çəkdiyi bir çox filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin İranın Azərbaycan vilayətlərində baş verən hadisələrə həsr olunub. Rejissorun 1986-cı ildə çəkdiyi "Avtobus" filmi dövrünüb ən çox satılan filmlərindən olub. Bundan üç il sonra çəkilən "Savalan" filminin hekayəsi də Güney Azərbaycanda baş verən hadisələrdən bəhs edir.
Onun "Təkəmçi" adlı televiziya filmində isə İranda türk kimliyinin aşağılanması və türklərin paytaxt Tehranda lağa qoyulması mövzusuna toxunulub. Y.Səmədinin digər əsərlərinin böyük qismi komediya filmlərindən ibarətdir. O həmçinin İslam İnqilabı və İran-İraq müharibəsi mövzusunda da filmlər çəkib. Eyni zamanda Y.Səmədi “O olmasın, bu olsun” operettası əsasında “Məşədi İbad” adlı yeni musiqili bədii film çəkməyi planlaşdırırdı. (report.az)
MilliYol.az