Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
Bununla bağlı sentyabrın 21-də səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb:
Nazirin əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Oqtay Şirəliyevin imzaladığı digər əmrə əsasən, Gülnaz Mahir qızı Dadaşova Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib. (modern.az)
MilliYol.az
Digər xəbərlər
loading...