Azərbaycan və Rusiya XİN rəhbərlərinin müavinləri – Xələf Xələfov və Qriqoriy Karasin Bakıda siyası məsləhətləşmələr aparıblar
Bu barədə Oxu.Az Rusiya XİN-in rəsmi saytına istinadla xəbər verir.
“Siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərə dair bir sıra aktual məsələlər müzakirə edilib. Azərbaycan-Rusiya münasibətlərinin strateji xarakteri təsdiqlənib.
Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilib”, - sənəddə deyilir.
Məsləhətləşmələr zamanı tərəflər “Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasının Xəzəryanı dövlətlərin müxtəlif formatlarda münasibətlərinin nizamlanmasında, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsində əhəmiyyətini vurğulayıblar”.
MilliYol.az