Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
DİN-dən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 25-də, saat 23:00 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində Dəqə Qorqud kənd sakini İlqar Rəşidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanmış Saatlı şəhər sakini Əfsər Hacıyevə məxsus “QAZel” markalı avtomobilə vurub və nəticədə, “QAZel” yolun kənarındakı su arxına aşıb.
Həmin vaxt bu nəqliyyat vasitəsini təmir edən Çolpı kənd sakini Təbriz Bayramov zərbənin təsirindən hadisə yerində ölüb.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.
MilliYol.az
Digər xəbərlər
loading...