Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın həbsxanada pis rəftar və işgəncə gördüyü barədə şikayəti yekdilliklə rədd edib
“Milliyyət” nəşri xəbər verir ki, bu haqda AİHM-dən bildirilib.
Öcalanın vəkilləri PKK liderinin olduğu İmralı həbsxanasında axtarış aparılan zaman nəzarətçilərdən pis rəftar və işgəncə gördüyü iddiası ilə 2010-ci ildə beynəlxalq məhkəməyə şikayət etmişdilər. AİHM-dən verilən açıqlamaya görə, axtarış aparılan gün və sonrakı günlərdə Öcalan həkim müayinəsindən keçirilib, onda hər hansı fiziki və psixoloji problemlərə rast gəlinməyib.
Açıqlamada həmçinin, Öcalanın özünün də həkimlərdən hər hansı şikayətinin olmadığı, iddialara dair hansısa hüquqi cəhdin də müzakirə mövzusu olmadığı bildirilib. (publika.az)
MilliYol.az