Bu gün səhər saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 86-cı km-də velosipedçini maşın vurub
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, velosipedçi, 18 yaşlı kənd sakini Firəddin Məlik oğlu Canızadə qəfil yola çıxdığı üçün Masallı rayonunun İncilli kənd sakininin idarə etdiyi 10 GN 151 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını ilə vurulub.
Baş nahiyəsindən xəsarət alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Velosipedçi ilkin tibbi yardımdan sonra vəziyyəti yaxşılaşdığı üçün kompüter müayinəsi olunmaqdan ötrü Şirvan şəhərindəki Diaqnostika Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
MilliYol.az
Digər xəbərlər
loading...