Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminlə görüşüb
XİN-dən verilən məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
Tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
MilliYol.az
Digər xəbərlər
loading...