"Bakıda və digər bölgələrdə 4-ə yaxın İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir"
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə danışıqlar aparılır: "Məsələ müzakirə səviyyəsindədir. İşlər başa çatdıqdan sonra kolleclər İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Kolleclərdə oxuyub təhsilini uğurla başa vuran tələbələr növbəti mərhələdə İlahiyyat İnstitutunda tədrisini davam etdirəcəklər".
M.Qurbanlı qeyd edib ki, Azərbaycan məscidlərində çalışan imam və din xadimlərinin say məsələsi araşdırılıb"
Dövlət Komitəsinin sədri əlavə edib ki, məscidlərdə olan din xadimlərinin sayının artırılmasına ehtiyac yoxdur: "Misal olaraq, İlahiyyat İnstitutu 60 tələbə qəbul edirsə, kolleclər də 15 tələbə qəbul edəcək. Bu da din sahəsində olan tələbatı ödəyə biləcək. Kolleclər də pulsuz olacaq. Məqsəd ölkədə gənclərin din sahəsində bilgiləri xaricə getmədən əldə etməlidir". (report.az)
MilliYol.az