Ağdaş rayonu Hüşün kəndinin 28 yaşlı sakini itkin düşüb
Həmin kənddə yaşayan, 1990-cı il təvəllüdlü Aytən Yusif qızı Məmmədova sentyabrın 13-də, səhər saatlarında şəxsiyyət vəsiqəsini götürərək yaşadığı evdən qaçıb. Aytən Məmmədova naməlum istiqamətə gedib. Hadisədən xəbər tutan ailə üzvləri Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib və onun axtarışına başlanılıb.
A.Məmmədovanı görənlərdən, 055-567-79-79, 020 235-51-81 nömrəli telefonlara və Ağdaş rayon Polis Şöbəsinə zəng edərək məlumat vermələri xahiş olunur. (report.az)
MilliYol.az
Digər xəbərlər
loading...