Hakerlər valyuta məzənnələrinə müdaxilə etmək imkanlarına malikdirlər
Belə nəticəyə Positive Technologies ekspertləri gəliblər.
Onlar treydinq əlavələrində zəif yerləri aşkarlayıblar.
Mütəxəssislər bildiriblər ki, treydinq əlavələrinin 33 faizində hakerlərin müdaxilə edə biləcəyi zəif nöqtələr aşkarlanıb. Bundan istifadə edən hakerlər istifadəçi adından bu və ya digər maliyyə əməliyyatları edə bilərlər.
Xidmətlərin 61 faizində olan zəif yerlər isə hakerlərə istifadəçilərin şəxsi kabinetlərinə daxil olmaq imkanı verib.
Ekspertlər əmindir ki, hakerlər öz müdaxilələri ilə valyuta məzənnələrini dəyişə yaxud da qiymətli kağızların dəyərini artıra bilərlər. (oxu.az)
MilliYol.az
Digər xəbərlər
loading...