Cavanşir Zeynalovdan prezidentə şikayət ediləcək
Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri Cavanşir Zeynalovdan şikayət var. MilliYol.Az xəbər verir ki, qəsəbə sakinləri sədrin özbaşınalıq etdiyini deyir, onu korrupsiyada ittiham edir.
Cavanşir Zeynalova qarşı əsas ittihamlardan biri qanunsuz torpaq alveri ilə bağlıdır. İddia olunar ki, sədr satışı dövlət tərəfindən qadağan olunan torpaqları yaxın qohumlarının adına rəsmiləşdirir, sonra isə onları imknlı şəxslərə sataraq sərvət toplayır. Bildirilir ki, bələdiyyə sədri 55 hektar torpaq sahəsini satıb.
Bundan başqa Cavanşir Zeynalovun ev tikmək istəyənlərdən 1000 AZN, sənədsiz torpaqlara görə 850 manat rüşvət istədiyi iddia olunur. Amma sədr bununla da kifayətlənmir. Qəsəbə sakinləri iddia edir ki, sədr kiçik ticarət köşkləri, çayxana və kafe sahiblərindən hesab tələb edir.
Maraqlıdır ki, bələdiyyə sədri qanunsuz əməllərinə icra başçısını da alət edir. Sakinlər bildirir ki, Cavanşir Zeynalov restoran, çayxana və digər iaşə obyektlərindən pul yığmağı ona icra başçısının tapşırdığını bildirərək məsuliyyəti öz boynundan atmağa çalışır.
Bələdiyyə sədri ilə bağlı daha bir şikayət onun parkı hasara aldırmasıdı. Bildirilir ki, qəsəbədə insanların asüdə vaxtlarını keçirə biləcəkləri bir park var, onu da Cavanşir Zeynalov hasara aldırıb. Qəsəbə sakinləri bununla bağlı prezidentə şikayət məktubu yazmaq niyyətindədi. Onlar prezidentdən və hüquq-mühafizə orqanlarından bələdiyyə sədri ilə bağlı ölçü götrülməsini istəyəcək.
Şikayətçilər həmçinin Ceyranbatanı ağuşuna alan zibilliklərdən də bezdiklərini deyir. Bildirirlər ki, zibil daşınması üçün xitmət pulu yığılsa da, qəsəbədə bu problem həllini hələ də tapmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...