Çempionşip təmsilçisi "Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempard İngiltərə Liqa kubokunun 3-cü mərhələsində səfərdə "Mançester Yunayted"ə qalib gəldikləri oyun haqda fikirlərini bildirib
40 yaşlı məşqçi sabiq baş məşqçisi Joze Mourinyonu üstələməyin onun üçün şərəf olduğunu bildirib:
"Mançester Yunayted"ə qarşı mükəmməl oyun sərgilədik. Futbolçularım hamısı möhtəşəm idi. Klub və oyunçular adına gözəl gecə yaşadıq. Joze Mourinyonu məğlub etmək mənim üçün böyük bir şərəfdir".
Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən oyunda "Derbi Kaunti" penaltilər seriyasında qalib gələrək, növbəti mərhələyə yüksəlib. (qol.az)
MilliYol.az
Digər xəbərlər
loading...