Azərbaycanın Əməkdar artisti, aktrisa Kübra Əliyeva (Kübrabəyim Əliyeva) dünyasını dəyişib. MilliYol.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu haqda aktrisanın rəfiqəsi Solmaz Əliyeva məlumat verib.
Qeyd edək ki, Əliyeva Kübrabəyim Ağa qızı Gəncə şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə (“Anam gəldi” Ş.Xusainov), Gülbadam (“Elbrus evlənir” G.Xuqayev), Gülnisə (“Solğun çiçəklər” C.Cabbarlı), Adilə (“Ana məhəbbəti”Y.Məmmədov), Pəri xala (“Sən nə üçün yaşayırsan”İ.Qasımov, H.Seyidbəyli) və s. Musiqili Komediya Teatrında oynadığı rollar bunlardır. Gövhər xala (“Gözün aydın” M.Əlizadə), Balı (“Qızıl toy” R.Heydər), Gülbadam (“Sevgilimin anası” G.Xuqayev), Sənəm (“Məşədi İbad” H.Hacıbəyov), Balaxanım (“Sonqulunun sərgüzəştləri” R. Əhmədzadə) və s.
* * *
Kübra Əliyevanın dünyasını dəyişməsi xəbəri təsdiqlənməyib. Aktrisa big.az-a açıqama verib. Xəbərləri eşidib, şoka düşdüyünü deyən Əməkdar artist bildirib: "Mən ölməmişəm. Şou adamı da deyiləm. Nəyə lazım belə yalnış xəbərlər?".
MilliYol.Az
Digər xəbərlər
loading...