Qaxda baş verən yol qəzasında üç nəfər xəsarət alıb
Sentyabrın 26-ı axşam saatlarında Şəki rayonu Aşağı Göynük kənd sakinləri 1967-ci il təvəllüdlü Dadaş Əli oğlu Mahmudov, 45 yaşlı Fərman Yusifov və Şəkinin Şin kənd sakini 1963-cü il təvəllüdlü Mirzə Məmməd oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan bildirilib ki, müayinə zamanı hər üç şəxsin eyni minik avtomobilində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində yol qəzasına düşməsi məlum olub. Yaralılardan Dadaş Mahmudov xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Fərman Yusifov və Mirzə Cəbiyevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.(report.az)
MilliYol.az