Bu gün saat 19:00-da Musiqili Teatrda Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunacaq
Bu barədə Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova məlumat verib.
O, bildirib ki, nümayiş olunacaq əsər Xalq artisti, “Şöhrət” ordenli gülüş ustası Afaq xanım Bəşirqızının (Sənəm) və Əməkdar artist, Prezident mükafatçısı Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək. 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.(cebhe.info)
MilliYol.az
Digər xəbərlər
loading...