TASS Agentliyi Rusiyanın 2005-ci ildən etibarən hərbi-texniki əməkdaşlığı və silah tədarükünə dair məqalə dərc edib
Məqalədə sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” III Beynəlxalq Azərbaycan müdafiə sənayesi sərgisinin keçirildiyi qeyd edilir. Sərgidə 32 ölkədən 200 şirkət iştirak edir. Ənənəvi iştirakçılar arasında Rusiya da var. “Rusiya Azərbaycanın hərbi-texniki məhsullarının alıcısı olan ölkələrdən biridir. Bu il sentyabrın 1-də prezident İlham Əliyev Vladimir Putinlə apardığı danışıqların yekununda Azərbaycanın Rusiyadan 5 milyard dollar dəyərində hərbi məhsul aldğını və bu göstəricinin arta biləcəyini bəyan edib.
SİRPİ Dünya Problemlərinin Araşdırılması üzrə Stokholm İnstitutunun hesabatına görə, 2013-2018-ci illərdə geniş həcmli müqavilə paketi çərçivəsində Azərbaycan Rusiya Federasiyasından quru qoşunları üçün əhəmiyyətli dərəcədə yeni hərbi məhsullar alıb.
Belə ki, son üç ildə Rusiyanın Azərbaycana 100 ədəd “T-90S” tankı, 118 ədəd “BMP-3” piyada əleyhinə döyüş maşını, 230 ədəd “BTR-82A” zirehli transportyor, 116 artilleriya sistemləri, o cümlədən 18 ədəd “Msta-S” 152 mm-lik özüyeriyən habutsalar, 18 ədəd 120 mm-lik “Vena” özüyeriyən topları, 18 ədəd 300 mm-lik “Smerç” odsaçan yaylım atəşi sistemləri, 24 ədəd TOS-1A “Solnesepek” ağır odsaçan sistemlərin döyüş maşını satdığı bildirirlir.
Mütəxəssislərin məlumatına görə, bu müqavilənin ümumi dəyəri 1 milyard dollar təşkil edib. Rusiya Strategiyalar və Texnolgiyalar Mərkəzinin ekspertlərinin qeyd edir ki, bu saziş paketinə iki divizion “Xarizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 152 mm-lik “Mcta-B” qoşqulu haubitsları, 120 mm-lik “Sani” daşınan minaatanları, avtonəqliyyat vasitələri, mühəndis qurğuları, zirehli “BREM-1M” və “BREM-L” təmir-evakuasiya maşınları, “İMP-3M” mühəndis müdafiə maşınları və döyüş vasitələri daxildir. (cebhe.info)
MilliYol.az