Oktyabrın 3-də Qəbələnin Qəmərvan kəndində hələ də mövcud olan Leninin heykəli sökülüb.
Bizimyol.info xəbər verir ki, kənd sakinləri uzun müddət imiş ki, heykəlin mövcudluğundan narahat imişlər. Məsələ ilə bağlı dəfələrlə şikayət etsələr də heykəlin söküntüsü həyata keçirilməyib.
Qeyd edək ki, proletariatın dahi rəhbəri, keçmiş SSRİ məkanında təkpartiyalı sistemin əsasını qoymuş Vladimir İliç Lenin ilk sosialist dövlətin banisi olaraq tarixə düşüb. Məhz onun hökmranlığı dövründə bütün sovet ölkələrində, o cümlədən Azərbaycanda müxtəlif heykəltəraşlar tərəfindən kəhkəşanlı heykəlləri ucaldılıb. Sovetlər birliyinin dağılması ilə bütün SSRİ məkanında olduğu kimi, Azərbaycanda da Leninin heykəlləri öz funksionallığını itirdi. Amma istisnalar da var. Məsələn, Azərbaycanın Qəbələ rayonundakı Qəmərvan kəndində kommunist rəhbərin şəstlə dayandığını göstərən heykəlinə uzun illərdir hələ də toxunulmayıb.
Sosial şəbəkə istifadəçilərinin də diqqətindən qaçmayan və ara-bir şəkli paylaşılan heykəllə bağlı kəndin icra nümayəndəsi İkram Kişmişov Modern.az-a açıqlama verib. Kənd rəsmisi suala bir az acıqlı cavabla "bu, tarixdir! Kimə nə var?”, - deyə bildirib.
Heykəlin kənddən yığışdırılmasına gəlincə, İ.Kişmişov "Leninin heykəli bir küncdə durub. Kimə nə maneəçiliyi var? Tarixi necə sökək ataq?” suallarını bizə ünvanlayaraq, sağollaşıb.
Leninin daha bir kənddə - Göyçayın Qızılağac kəndindəki mədəniyyət evində də heykəlinin saxlanıldığı bildirilir. Kəndin icra nümayəndəsi Rövşən Mikayılov Modern.az-a bunun yalan olduğunu açıqlayıb: "Əvvəl kənddə, mədəniyyət evində Leninin heykəli vardı. Amma çoxdan sökülüb. Kim deyirsə ki, heykəl hələ də qalır, yalan deyir”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...