Çində partiyanın xalqa gördüyü işlər və siyasi xətti barədə məlumat verən “bəyaz kitab” adlanan sənəd dərc olunub
Modern.az “CNBC” kanalına istinadən xəbər verir ki, 71 səhifəlik sənəddə Çin artıq ticarət rəqibinə çevrilmiş ABŞ-ı “ticari xuliqanlıqda” ittiham edib.
Sənədin diqqət mərkəzində əsasən ABŞ-Çin ticarət əlaqələri yer alıb.
“Bəyaz kitabda” partiyanın qarşlaşdığı çətinliklər sanksiyalar və gördüyü işlərlə yanaşı cavab tədbirləri də yer alıb.
Kanalın bildirdiyi kimi, Çin bu sənəd vasitəsi ilə dünyanı ABŞ-da qurtarmaq niyyətində olduğunun siqnallarını verib.
Qeyd edək ki, Çinlə ABŞ arasında prezident Donald Trampın daha 200 milyard dollarlıq çin malarına rüsum tətbiq etmək barədə qərarından sonra daha da kəskinləşib. Bundan sonra Çin də 60 milyard dollarlıq ABŞ mallarına rüsum tətbiq edərək, danışıqlardan çəkildiyini bəyan edib. Çin tərəfi yeni rüsumlarla ABŞ-ın danışıqlar prosesinə təzyiq göstərdiyini əsas gətirib.
MilliYol.az