"Fitch" beynəlxalq reytinq agentliyi ABŞ-ın Rusiyanın dövlət borcuna görə bu ölkənin banklarının dollarla əməliyyatlarına qarşı sanksiya tətbiq edəcəyini düşünmür
Rusiyanın “Kommersant” nəşri xəbər verir ki, bu barədə agentliyin aparıcı müstəqil təhlilçisi Erik Arispe öz təqdimatında bildirib.
Bununla belə, ekspert Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar ehtimalının xeyli artdığı qənaətindədir. Bu da Rusiyanın özəl sektorunun beynəlxalq maliyyəyə çıxışına mənfi təsir edə bilər. Həmçinin ekspertin fikrincə, sanksiyaların mümkünlüyü iqtisadi artım perspektivlərinə də təsir edir.
ABŞ Senatında müzakirə olunacaq müvafiq qanun layihəsi bu il noyabrında qüvvəyə minə bilər. (report.az)
MilliYol.az
Digər xəbərlər
loading...