Azərbaycanda bütün dövlət qurumlarının saytlarına girişdə problem yaranıb
Atıq bir neçə dəqiqədir ki, gov.az domenində yerləşən rəsmi saytlara daxil olmaq mümkün deyil.
Bununla bərabər rəsmi dövlət agentliyi olan Azərtac-a da giriş məhdudlaşdırılıb.
Problemin nədən qaynaqlanması haqda hələlik heç bir məlumat yoxdur.
Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, dövlət qurumlarının saytlarına Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunur. (qafqazinfo.az)
MilliYol.az
Digər xəbərlər
loading...