İran rəhbərliyi ABŞ prezidenti Donald Trampın təklifini heç bir zaman qəbul etməyəcəyini bəyan edib
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Əli Xomeneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vəlayəti bildirib.
“Bu Trampın heç bir zaman həyata keçməyəcək arzularıdır” – Vəlayəti bəyan edib.
O bu qərarın son olduğunu vurğulayıb.
Vəlayəti həmçinin Vaşinqtonun İran neftinin idxalını sıfıra endirə bilməyəcəyini də qeyd edib.
Qeyd edək ki, İranla nüvə razılaşmasının tərəfləri neft və digər malların da idxalının davam etdirilməsi üçün birgə bəyanat imzalayıblar.
MilliYol.az
Digər xəbərlər
loading...