İraq parlamentində bu günə planlaşdırılmış prezident seçkiləri oktyabrın 2-nə təxirə salınıb
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, seçkilərin təxirə salınmasına İraqın kürd partiyaları arasındakı fikir ayrılığı səbəb olub.
Sentyabrın 25-də 4-cü çağırışda İraq Parlamenti ölkə prezidentini seçməli idi, lakin, spiker Bəşir Xəddad seçkilərin təxirə salındığını bəyan edib.
Lakin ənənəvi olaraq bir namizədlə çıxış edən İraqın böyük kürd partiyaları bu dəfə fikir ayrılığına düşüblər.
Belə ki, Küdsitan Patriotik İttifaqı öz namizədi kimi Bəhram Salehi təqdim etdiyi halda, ona əks olaraq Kürdistan Demokratik Partiyası isə Fuad Hüseynin namizədliyin irəli sürüb.
Bu şəxslərlə yanaşı digər partiyalardan və bitərəf olan daha 18 namizəd də seçkilərdə iştirak üçün sənəd təqdim edib.
Qeyd edək ki. İraq Parlamenti namizədlər üçün sentyabrın 18-də bir sıra qaydalar qoyaraq namizədlərin qeydiyyatını elan edib. Qaydalara görə namizəd 40 yaşdan yuxarı etnik kürd olmalı, ali təhsili, siyasi karyerada yetərli təcrübəyə malik, ləkəsiz reputasiyaya və məhkumluğu olmamalıdır.
MilliYol.az