Goranboyda avtomobil qəzasında ana və oğlu yaralanıb
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun hadisə Qaraçinar kənd yolunda qydə alınıb. İki avtomobilin toqquşması nəticəsində rayonun Safıkürd sakinləri, 1971-ci il təvəllüdlü Vəfa Bayram qızı Qurbanova və onun oğlu, 1995-ci il təvəllüdlü Anar Paşa oğlu Qurbanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlardan A.Qurbanovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.
A.Qurbanovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.az
Digər xəbərlər
loading...