Azərbaycanda yeni medalın təsis edilməsi Milli Məclisin müzakirəsinə çıxarılacaq
Yeni medal Azərbaycanda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) münasibətilə təsis edilir.
Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycanın milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında fərqlənən hərbi qulluqçular təltif ediləcək.
Dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq. (trend)
MilliYol.az